Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır.
Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım
edəcək.
● Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində
eletron sxemlərin korroziyasına səbəb ola biləcək minerallar ola bilər. Cihazınız yaş
olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər cihazın tam
qurumasını təmin edin.
● Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri
və elektron komponentləri zədələnə bilər.
● Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak
müddətini qısaldır, batareyaları zədələyir və müəyyən plastik hissələri əyir və ya
əridir.
● Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın
içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin plataları
zədələnə bilər.
● Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
● Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj
platasını və dəqiq mexanika elementlərini qıra bilər.
● Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən
və ya güclü tozlardan istifadə etməyin.
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara
mane ola bilər.
● Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları kimi optik şüşələrin
təmizlənməsi üçün yumşaq, quru parça istifadə edin.
● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan
edilmiş antenaların, modifikasiyaların və ya aksessuarların istifadəsi sizin cihazı
zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına
səbəb ola bilər.
● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın
(əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.
● Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün
və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya
doludran qurğuya və ya hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.
© 2007 Nokia. Bütün hüquqlar qorunur
53