Batareyanın doldurulması bə boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Batareya yüzlərlə dəfə
doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və
gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia
tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün
yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya
dolduran qurğuları istifadə edin.
Batareya ilk dəfə dəyişdirilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə
enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının
başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan
ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər.
İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
S İ M x i d m ə t l ə r i
© 2007 Nokia. Bütün hüquqlar qorunur
50
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda
olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya
və ya batareyanı dolduran qurğu istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa Təsadüfi qısa qapanma
dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və
mənfi terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal
zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul
kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya
əlaqədə olan əşyaya zərər verə bilər.
Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti və soyuq yerdə saxlanılması
batareyanın keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və
25°C (59°F
77°F) arasında olan hərarət dərəcəsində saxlamağa çalışın). İsti və
soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti işləyə bilmir.
Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə
məhdud olur.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar
zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq
məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı
kimi atmayın.
Elementləri, ya da batareyanı kəsmək, və ya sökmək olmaz. Əgər batareyadan maye
axsa, bu surətdə mayenin dəri, və gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş
verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya da tibbi yardım axtarın.