Batareyanı yüklə
Bu qurğuda istifadə etməzdən əvvəl hər bir batareya yükləyicisinin model nömrəsini
yoxla Bu qurğu AC-3 və AC-4 batareya yükləyiciləri ilə yükləndikdə istifadə üçün
nəzərdə tutulmuşdur.
Xəbərdarlıq: Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün
nəzərdə tutulmuş batareyaları, batareya dolduran qurğuları və aksesuarları istifadə
edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də
qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.
Təsdiq edilmiş aksesuarların mövcudluğu, qiymətlər və tariflər haqqında məlumat
almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın. Hər hansı aksesuarın güc şnurunu
ayırarkən, şnurdan deyil ştepseldən yapışın.
1. Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
2. Yükləyənin başlığını telefonunuzun yükləmə qoşanına
birləşdirin.
Batareyanın təmamilə boşaldığı halda, displeydə yükləmə
indiqatorunun görsənməsi və ya hər hansı zənglər edilməsi
üçün bir neçə dəqiqə tələb edilə bilər.
Yükləmə zamanı istifadə edilən yükləyəndən asılıdır. BL-4CT
batareyasını AC-3 yükləyəni ilə yükləmək, telefon gözləmə
rejimində olduqda təqribən 2 saat 30 dəqiqə vaxt alır.
B a ş l a s ı n
© 2007 Nokia. Bütün hüquqlar qorunur
14