Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz
şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə
zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız
simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartının cihaza düzgün salınmasını tələb
edə bilər.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa
çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin
söndürülməsi tələb oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət
provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə
yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə
verilənədək zəngi bitirməyin.