SERTIFIKATLAŞDıRMA MƏLUMATı (XAD)
Bu cihaz radio dalğalarına məruz qalma ilə bağl beynəlxalq rəhbər principlərin
tələblərinə cavab verir.
Ə l a v ə t ə h l ü k ə s i z l i k m ə l u m a t ı
© 2007 Nokia. Bütün hüquqlar qorunur
56
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar
tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Rəhbər prinsiplər elmi araşdırmaların mütəmadi və
hərtərəfli dəyərləndirilməsi nəticəsində müstəqil elmi təşkilatlar tərəfindən
hazırlanmışdır.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi
tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi
2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc
səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən
qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun
təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə
olmağınızdan asılıdr. Bu cihazın qulaqda istifadəsi zamanı sınaqdan keçirilərkən ən
yüksək XAD dərəcəsi 1.07 W/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli
hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri
fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın ardınca
www.nokia.com saytında verilə bilər.
Ə l a v ə t ə h l ü k ə s i z l i k m ə l u m a t ı
© 2007 Nokia. Bütün hüquqlar qorunur
57