İşləmə mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı 1.0
santimetr (3/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Daşma qabında olarkən, bədən
üzərində gəzdirilmə üçün bel tutqacı və ya saxlayandan istifadə edilərsə, o metaldan
ibarət olmamalı, və cihazı sizin bədəndən yuxarıda göstərilmiş məsafə qədər uzaq
tutmalıdır.
Məlumat fayllarını və ya mesajları ötürmək üçün, bu cihaz şəbəkə ilə keyfiyyətli əlaqə
tələb edir. Bəzi hallarda, belə qoşulma mövcud olanadək məlumat fayllarının və
mesajların ötürülməsi dayandırıla bilər. Təmin edin ki, ötürmə tamamlananadək
yuxarıdakı ayrı saxlama məsafəsi təlimatlarına riayət edilir.